İranın basketbol komandası "Pekin-2019" dünya çempionatında iştiraka vəsiqə əldə etdi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i335500-İranın_basketbol_komandası_pekin_2019_dünya_çempionatında_iştiraka_vəsiqə_əldə_etdi
İranın basketbol komandası Avstraliya komandasını məğlub edərək, "Pekin-2019" dünya çempionatında iştiraka vəsiqə əldə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2019 17:12 Asia/Baku
  • İranın basketbol komandası
    İranın basketbol komandası "Pekin-2019" dünya çempionatında iştiraka vəsiqə əldə etdi

İranın basketbol komandası Avstraliya komandasını məğlub edərək, "Pekin-2019" dünya çempionatında iştiraka vəsiqə əldə edib.

İranın basketbol komandası bazar günü 2019-cu ildə Pekində keçiriləcək dünya çempionatında iştiraka seçmə oyunları çərçivəsində Avstraliya komandası ilə qarşılaşıb və "F" qrupundan üçüncü komanda olaraq dünya çempionatına yüksəlib.

İran və Avstraliya komandaları arasındakı matç 85-74 hesabı ilə İran komandasının xeyrinə başa çatıb.

Avstraliya və Yaponiya "F" qrupundan müvafiq olaraq birinci və ikinci komanda kimi dünya çempionatında iştiraka vəsiqə əldə edən ölkələrdirlər.