Kermanşahda "səncabi" irqindən olan qoyun yetişdirilir
-
Kermanşahda "səncabi" irqindən olan qoyun yetişdirilir
Kənddə yaşayanlar üçün "səncabi" irqindən olan bir neçə baş qoyunun yetişdirilməsi, kənd təsərrüfatı işinin kənarında onlara yaxşı gəlir gətirə bilər.
Onların yunu və əti digər qoyun irqlərindəkindən daha çoxdur və onlardan daha keyfiyyətlidir.
Bura, Kermanşahda "səncabi" irqindən olan qoyunun yetişdirilməsi mərkəzidir.
Kişi: Bu mərkəz bir sıra üstün qoçu seçir və üstün cəhətlərin ötürülməsi məqsədilə islah edildikdən sonra əhalinin qoyun sürüləri arasında paylanır.
Bu qoyunlar Kermanşahın münbit torpaqlı düzlərindən olan Səncabi düzünə məxsusdurlar.
Bu irqdən olan qoçun çəkisi 120 kiloqrama, qoyunun çəkisi isə 70 kiloqramadək artır.
Bu gözəl quzular əksərən Kermanşahda bu əsl qoyun irqinin əkiz törəmələrinin məhsuludurlar.
Kişi: Yerli sürülərdə əkiz törəmənin orta göstəricisi, 17 faiz olubdur və biz onu 25 faizədək artırmışıq.
Bu mərkəzdə kimyəvi dərmanların yerinə, dərman bitkilərindən istifadə olunur.
Cənab Zəngənə Kermanşahın kəndlərindən birində bu qoyun irqinin yetişdirilməsilə məşğuldur. O, ailəsi ilə yanaşı, öz işində o qədər müvəffəq olubdur ki, bu il nümunəvi maldar seçilibdir.
Kişi: Bu, yaxşı və çoxgəlirli bir irqdir.
Bu qoyunların süd-qatıq məhsulları qənaətbəxşdir.
Kermanşahdakı 4,5 milyon ədəd qoyunun yarısı səncabi irqindəndir.