6-cı İstanbul Beynəlxalq Kitab Sərgisində "Müasir İran Ədəbiyyatı" iclası
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i336937-6_cı_İstanbul_beynəlxalq_kitab_sərgisində_müasir_İran_Ədəbiyyatı_iclası
"Müasir İran Ədəbiyyatı" 6-cı İstanbul kitab sərgisində araşdırıldı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2019 13:35 Asia/Baku
  • 6-cı İstanbul Beynəlxalq Kitab Sərgisində
    6-cı İstanbul Beynəlxalq Kitab Sərgisində "Müasir İran Ədəbiyyatı" iclası

"Müasir İran Ədəbiyyatı" 6-cı İstanbul kitab sərgisində araşdırıldı.

İRNA-nın məlumatına görə, İstanbul Universitetinin Fars Ədəbiyyatı fakültəsinin dekanı professor Əli Gözəlüz 6-cı İstanbul kitab sərgisinin kənarında "Müasir İran Ədəbiyyatı" adlı toplantıda İran şerinin tarixinə və üslubuna işarə edərək, dedi: İran şerində müasirlik klassik fars şeri formatına dəyişikliyin edilməsilə yanaşı olub. 

İranın İstanbuldakı konsulluğunun mədəniyyət attaşesi Kuruş Müqtədiri da İranın hekayə və roman ədəbiyyatının müxtəlif dövrlərinə işarə edərək, "Müqəddəs Müdafiə" dövrü haqda söz açıb. 

Kuruş Müqtədiri daha sonra Fars ədəbiyyatı ilə qadının mövqeyi arasındakı əlaqəyə də işarə etdi. 

İstanbul kitab sərgisi sabah bazar günü başa çatacaq.