İsfahan və dadlı yeməkləri
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i337755-İsfahan_və_dadlı_yeməkləri
Qədim tarixə malik olan İsfahan şəhəri sadəcə öz ecazkar memarlığı ilə deyil, uzun keçmişə malik zəngin mətbəxi ilə də bu şəhərə səfər edənləri ovsunlayır və təkrar olunmaz bir səfər xatirəsini təcrübə etmək imkanı yaradır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2019 17:00 Asia/Baku
  • İsfahan və dadlı yeməkləri
    İsfahan və dadlı yeməkləri

Qədim tarixə malik olan İsfahan şəhəri sadəcə öz ecazkar memarlığı ilə deyil, uzun keçmişə malik zəngin mətbəxi ilə də bu şəhərə səfər edənləri ovsunlayır və təkrar olunmaz bir səfər xatirəsini təcrübə etmək imkanı yaradır.

İsfahan öz tarixi binaları və görməli məkanları ilə olduğu kimi, ənənəvi yeməkləri ilə də bu diyara səfər edənlərin yaddaşında qalmağı bacarır.

Bu yeməklərdən biri isə İsfahanın məşhur “Beryan”ıdır və dadına baxan hər kəsi özünə məftun edir.

Turist: “Həqiqətən çox dadlıdır”

Turist: “Şirazdan gəlmişik. Nə zaman İsfahana gəlsək, “Beryan”sız qayıtmarıq.”

Bu dadlı yemək zəngin protein mənbəyidir.

Müctəba Mötəmidi – Xalq təbabəti mütəxəssisi: “Beryan-ın tarixi 180 il öncəyə uzanır. Əsasən qoyun ətindən hazırlanır və müxtəlif növ ədviyyatlardan istifadə olunur. Zəngin enerji mənbəyi olması ilə yanaşı həm də çox dadlıdır.”

İsfahan bozbaşı da məşhurdur. Bu yemək ilə yanaşı süfrəyə göyərti, limon dilimi və ayran da verilir.

Müctəba Mötəmidi: “İsfahan bozbaşı da çox dadlıdır və biz isfahanlılar onu, içərisinə çörək doğrayaraq yeməyi xoşlayırıq.”

Badımcan həliminin də tərəfdarı çoxdur.

Aşpaz: “Təzə ət, badımcan, düyü, üyüdülmüş qurut, zəfəran, qovrulmuş soğan və yağdan istifadə olunur.”

Qumru aşı, Turşulu yaxma, lobya yaxması və noxud yaxması, küftə bozbaş və quşbaşı küftə də İsfahanda bişirilən ənənəvi yeməklər sırasına girir.

Restoran sahibi: “İsfahanın qədim xörəklərindən biri də “Dəmpoxtək”dir. Ocaqda bişirilir və yağdan da istifadə olunmur. Boyun əti, qatıq, düyü və göyərtidən hazırlanır və közdə bişirilir.”

Aşpaz: “Bütün bu yeməklərin hamısının hazırlanmasında özünəməxsus qanun və qaydalar var ki, onlara riayət olunmalıdır və bu məntəqənin iqliminə də tamamilə uyğundurlar.”  

Qatıqlı qara da İsfahanın tanınmış yeməklərindən biri sayılır.

Turist: “Çox dadlıdır. İsfahana gələn hər kəsə bu yeməyin dadına baxmağı tövsiyə edirəm.”

Restoran sahibi: “Təqribən 100 illik bir keçmişi var. Qatıq kalsyum ilə zəngindir. Ət protein mənbəyidir. Zəfəran də adama fərəh verir. Şəkər də enerji mənbəyidi.”

Qida mütəxəssisi: “Yeməyin həzm olunmasına kömək edir. Hələ qədim zamanlardan İsfahanda yeməyin kənarında şirin bir yeyəcək də verərlər. Günümüzdə “deser” adlanan bu yeyəcək “halva” kimilərə aiddir.”

Heç şübhəsiz bu yeməklər ilə İsfahan səfəriniz daha dadlı olacaq.