Səfadəşt zoparkı
Mart 30, 2019 17:27 Asia/Baku
-
Səfadəşt zoparkı
Tehranın qərbində yerləşən Səfadəşt zoparkı bu günlər, Novruz tətillərində, şəhər sakinləri və şəhərə gəlmiş qonaqlar üçün maraqlı əyləncə mərkəzlərindən birinə çevrilib. Bu zoparkda nadir heyvanları müşahidə edə və boş vaxtınızı səmərəli keçirə bilərsiniz.
Bura Tehranın qərbində, nadir heyvanların saxlanıldığı bağdır.
Bura Məlardın “Səfadəşt” zoparkıdır.
Iranda zürafələrin saxlanıldığı yeganə zopark da elə buradır.
Burada nəsli kəsilməkdə olan qara yaquar ilə də tanış ola bilərsiniz.
Uşaqlar üçün ponni, böyüklər üçün dəvə, həvəskarlar üçün balıq tutmaq imkanı və zəhərli ilanlar ilə tanışlıq.
Bu zopark Novruz tətillərində səhər saat 9-dan axşam saat 7-yə kimi açıqdır.