Tarixi Nişapur şəhərinin təqdimatı
-
Tarixi Nişapur şəhərinin təqdimatı
Nişapur YUNESKO tərəfindən nümunəvi beynəlxalq turizm məntəqəsi kimi təqdim olunubdur.
Bu gün İranın mədəniyyət və tarix simvolu olan Nişapura səfər edirik.
Müsahibə(kişi): Tarixi və çox qədim bir şəhərdir.
İranın "Xorasane Rəzəvi" vilayətinin müqəddəs Məşhəd şəhərindən sonra ən böyük şəhəri olan Nişapur gözəl Binalud dağlar silsiləsinin ətəyində yerləşir.
Müsahibə(kişi): İranın qədim şəhərlərindən olan Nişapurun tarixi keçmişi təqribən beş min il bundan öncəyə qayıdır. Üçüncü hicri qəməri əsrinin əvvəllərində, islami dövrdə İranın paytaxtı kimi seçilibdir.
"Hədise Selsele Əlzəhəb" şəhəri kimi ləqəb almış bu şəhər İranın yeganə şəhəridir ki, İmam Əli ibni Musa Əl-Rza(ə)-ın mübarək qədəmləri orayra dəyibdir.
Müsahibə(kişi): Şəhər doğrudan da gözəl bir şəhərdir. Mən güman etmirdim ki, bu qədər yaxşı və görməli yerləri olmuş olsun.
Gözəl və tarixi Nişapur özündə bir çox alim və böyük şəxsiyyətə yer veribdir.
Müsahibə(kişi): Xəyyamın məqbərəsidir. Kamal Əl-Mulk məqbərəsi. Əttar Nişapuri məqbərəsi.
İmamzadə Muhəmməd Məhruq Fəzl ibn Şazan və Şətitə xatun məqbərəsi. Minillik bir tarixə malik olan Şadyax arxeoloji məntəqəsi bizi qədim Nişapura aparır.
Şah Abbasi karvansarası səfəvilər dövrünün tarixi binalarındandır.
Səfəvilər dövrünə aid binalardan olan üstüörtülü bazar ölkənin şərqində yeganə qədim üstüörtülü bazardır.
Böyük Came Məscidi Teymurilər dövrünə məxsus olan qədim binalardandır.
Taxta kəndi öz əldəyilməmiş təbiəti ilə görmək də xatirələrə səbəb olur.
Müsahibə(kişi): Məscidi və kitabxanası çox əla idi. Bir yaşayış mənzili də vardır ki, doğrudan da özünəməxsusdur.
Binalud sıra dağlarının yamyaşıl ətəklərində yamyaşıl yaylaqların olması turistlər və müsafirlər üçün misilsiz bir gəzinti məkanıdır.
Müsahibə(qadın): Qonaqpərvər, təmiz və xoş ab-havalı bir şəhərdir.
Əlbəttə, bu şəhərə səfər əsnasında sovqat almağı da unutmayın.
Müsahibə(kişi): Qohumlar tapşırmışdılar ki, firuzə qaşı alam.