"Qadın riyaziyyatda" beynəlxalq günə iranlı fenomenin adı verildi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i338190-qadın_riyaziyyatda_beynəlxalq_günə_iranlı_fenomenin_adı_verildi
İran İslam Respublikası prezidentinin qadın və ailə məsələləri üzrə müavini professor Məryəm Mirzəxaninin doğum gününün beynəlxalq "Qadın riyaziyyatda" günü kimi qeydə alınmasından xəbər verdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2019 11:16 Asia/Baku
  • "Qadın riyaziyyatda" beynəlxalq günə iranlı fenomenin adı verildi

İran İslam Respublikası prezidentinin qadın və ailə məsələləri üzrə müavini professor Məryəm Mirzəxaninin doğum gününün beynəlxalq "Qadın riyaziyyatda" günü kimi qeydə alınmasından xəbər verdi.

İRNA-nın məlumatına görə, İran prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar cümə axşamı Tvitter-də yazıb: Beynəlxalq "Qadın riyaziyyatda" iclasında professor Məryəm Mirzəxaninin doğum günü "Qadın riyaziyyatda" beynəlxalq günü təyin edildi.

İranlı riyaziyyatçı Məryəm Mirzəxani 2014-cü ildə "Riemman səthinin və onun ölçü sahəsinin dinamikası və həndəsəsi" üzərində apardığı araşdırmalara görə ilk qadın riyaziyyatçı kimi riyaziyyat sahəsində ən yüksək mükafat olan "Fieldz" mükafatına layiq görüldü.

Stenford Universitetinin professoru Məryəm Mirzəxani 4 il sürən xərçəng xəstəliyinin sonunda 15 iyul 2017-ci ildə vəfat etdi.

Dünya Riyaziyyat Cəmiyyətlərinin Beynəlxalq Birliyi də bundan öncə Məryəm Mirzəxaninin doğum günü olan 3 may tarixini "Qadın riyaziyyatda" beynəlxalq günü adlandırmışdı.