İranın futzal komandası dünya üçüncüsü oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i338197-İranın_futzal_komandası_dünya_üçüncüsü_oldu
İranın milli futzal komandası "Futsal World Ranking" internet portalı tərəfindən yayımlanan ən son reytinq cədvəlinə əsasən dünyanın üçüncü ən güclü komandası olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2019 17:13 Asia/Baku
  • İranın futzal komandası dünya üçüncüsü oldu
    İranın futzal komandası dünya üçüncüsü oldu

İranın milli futzal komandası "Futsal World Ranking" internet portalı tərəfindən yayımlanan ən son reytinq cədvəlinə əsasən dünyanın üçüncü ən güclü komandası olub.

İRNA-nın məlumatına görə, "Futsal World Ranking" saytı FİFA tərəfindən dünyanın milli futbol komandalarının reytinq cədvəlinin açıqlanması ilə bir vaxtda futzal komandalarının reytinq cədvəlini açıqlayıb.

Ən son reytinq cədvəlində Braziliya və İspaniya müvafiq olaraq ilk iki yeri özlərinə aid ediblər. İranın milli futzal komandası isə üçüncü pillədə dayanıb. Argentina, Rusiya və Portuqaliya da müvafiq olaraq növbəti yerləri özlərinə aid ediblər.