İran təmsilçiləri Asiya Çempionlar Liqasında uğurla çıxış etdilər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i338529-İran_təmsilçiləri_asiya_Çempionlar_liqasında_uğurla_çıxış_etdilər
Asiya Çempionlar Liqasında İranı təmsil edən Zubahən və İstiqlal futbol komandaları yarışların üçüncü həftəsində Əmirliklər və Ərəbistandan olan rəqiblərini məğlub etdilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2019 06:52 Asia/Baku
  • İran təmsilçiləri Asiya Çempionlar Liqasında uğurla çıxış etdilər
    İran təmsilçiləri Asiya Çempionlar Liqasında uğurla çıxış etdilər

Asiya Çempionlar Liqasında İranı təmsil edən Zubahən və İstiqlal futbol komandaları yarışların üçüncü həftəsində Əmirliklər və Ərəbistandan olan rəqiblərini məğlub etdilər.

İRNA-nın məlumatına görə, İranın Zubahən komandası Asiya Çempionlar Liqasının üçüncü həftəsində Əl-Vəsl stadionunda rəqib komanda ilə qarşılaşdı. Matçın sonunda Zubahən komandası 3-1 hesabı ilə qələbə çalmağı bacardı. 

Zubahən komandası bu qələbə ilə hazırda 7 xal ilə qrupda liderdir. 

İstiqlal komandası da Həməd bin Xəlifə stadionunda 2-1 hesabı ilə Ərəbistanın Əl-Hilal komandasını məğlub edərək, növbəti mərhələyə yüksəlməyi bacardı.