Malayziya İranın halal məhsullar bazarındakı iştirakını alqışladı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i338618-malayziya_İranın_halal_məhsullar_bazarındakı_iştirakını_alqışladı
Malayziyanın 16-cı beynəlxalq halal qida sənayesi sərgisinin icraçı direktoru İran İslam Respublikası istehsalı olan halal məhsulların bu sərgidə iştirakını müsbət qarşıladı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2019 08:36 Asia/Baku
  • Malayziya İranın halal məhsullar bazarındakı iştirakını alqışladı
    Malayziya İranın halal məhsullar bazarındakı iştirakını alqışladı

Malayziyanın 16-cı beynəlxalq halal qida sənayesi sərgisinin icraçı direktoru İran İslam Respublikası istehsalı olan halal məhsulların bu sərgidə iştirakını müsbət qarşıladı.

Van Lətif dedi: İranın qida məhsulları xüsusilə quru meyvələri, xurması və zeytun yağı  Malayziyanın beynəlxalq halal qida bazarında yaxşı mövqeyə malikdir.

O, İran və Malayziya arasında çox yaxşı anlaşma və əməkdaşlığın olduğuna işarə edərək, dedi: Malayziya beynəlxalq halal qida sərgisi İranın halal məhsullarının satışa çıxarılması üçün münasib bazar hesab olunur. Həmçinin, bu bazar hesabına İranın halal məhsullarını dünyaya tanıtdırmaq mümkündür. İran bu bazadan istifadə etməklə öz məhsullarını satışa çıxara bilər.

16-cı beynəlxalq Malayziya halal qida sərgisi mindən çox yerli və 44 ölkədən gəlmiş xarici şirkətin iştirakı ilə Kualalampurda keçirilməkdədir. Bu sərgi 4 gün davam edəcək.