İtaliyada Hafez Şirazinin anım mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i338898-İtaliyada_hafez_Şirazinin_anım_mərasimi_keçirilib
Tanınmış iranlı şair Hafez Şirazinin anım mərasimi hafizşünaslar, həmçinin İran mədəniyyəti və ədəbiyyatına maraqgöstərənlərdən bir qrupunun iştirakı ilə İtaliyanın paytaxtı Roma şəhərində keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2019 03:27 Asia/Baku
  • İtaliyada Hafez Şirazinin anım mərasimi keçirilib
    İtaliyada Hafez Şirazinin anım mərasimi keçirilib

Tanınmış iranlı şair Hafez Şirazinin anım mərasimi hafizşünaslar, həmçinin İran mədəniyyəti və ədəbiyyatına maraqgöstərənlərdən bir qrupunun iştirakı ilə İtaliyanın paytaxtı Roma şəhərində keçirilib.

Dünən İran İslam Respublikasının İtaliyadakı səfirliyinin mədəniyyət mərkəzinin təşəbbüsü ilə Romanın "Venantezo Kruçetti" adına müasir sənətlər muzeyində keçirilən bu birgünlük toplantıda Hafez şerlərinin Qərb ədəbiyyatına, xüsusən məşhur alman şair və filosofu Hötenin əsərlərinə təsiri araşdırılıb.

Hafezin əsərləri toplusunu italyan dilinə tərcümə etmiş fars dili və ədəbiyyatı müəllimi Stefano Pello da bu konfransda çıxış edib. O, deyib: Hafez İran və dünyanın böyük şairlərindən biri sayılır və bu qənaətdəyik ki, avropalılar, xüsusən italiyalılar bu böyük şairlə daha artıq tanış olmalıdırlar.

Xacə Şəmsəddin Mohəmməd bin Bəhaəddin Mohəmməd Hafez Şirazi hicri qəməri tarixi ilə 727-ci ildə Şirazda dünyaya gəlib və 792-ci ildə elə həmin şəhərdə vəfat edibdir.