İran səhralarında dəvəçilik
-
İran səhralarında dəvəçilik
Dəvəçilik mənfəətli bir sənayedir, zira bu heyvanın əti, dərisi, yunu və südündən bəhrələnə bilərik. Xüsusən quraqlıq və su çatışmazlığı şəraitində dəvəyetişdirmə yaxşı inkişafa malik olur, həmçinin sahibi üçün yüksək gəlir gətirir.
Səhra başdan-ayağa imkandır.
Turizm üçün istedadlı olmasından tutmuş müasir enerjilərin istehsalınadək.
Bunların kənarında dəvəçilik səhra genişliyində özünəməxsus bir məziyyətdir. Keçmişdə yükdaşımadakı təsirli roluna görə, "səhra gəmisi" adı ilə tanınan dəvə bu gün səhra sakinləri üçün bir gəlirə çevrilibdir.
Dəvəçi: Allah-Taala səhranı bizə, dəvəçilik üçün verib.
Bura, İranın üçüncü geniş vilayəti olan Cənubi Xorasandır.
Cənubi Xorasanın hər bir güşəsi dəvəçilik istedadına malikdir.
Səhrada, dəvə qoruqçularının avazlarının kənarında.
Dəvəçi: Dəvəni ənənəvi şəkildə saxlayırdıq və gəlirlərimizi artırmaq fikrinə düşdük.
Dəvəçi: Otuz dəvəni beş il ərzində 350 dəvəyə çatdırdıq.
Dəvəyetişdirmənin ənənəvi haldan sənaye halına dəyişməsinin bu qədər var-dövlət gətirdiyi bir halda, nə üçün bu səhra sərmayəsindən ən yaxşı şəkildə istifadə etməyək?
Dəvəçi: 95%-i ənənəvi surətdə səhralardadır.
Dəvəçi: Biz təbiətin bu sərmayəsindən sənaye formasında istifadə etməklə daha artıq gəlirə malik olmaq istəyirik.
İstehsal halqası hazırdır. Müxtəlif çeşidli məhsullar istehsal və hətta ixrac olunur.
Hər il ölkədə altı min ton dəvə əti istehsal olunur. Dəvənin sənaye cəhətdən yetişdirilməsi, ət istehsalının bir neçə qat artması deməkdir.
Dəvəçi: Bir halda ki, bunlar vardır, nə üçün deyək ki, ət çatışmazlığına malikik?
Səhrada dəvəçilik sənayesi, yəni iqtisadi rövnəq, iş yerlərinin yaranması, region xalqları və investorların sevinci.