Vatikan turistləri İrana səfərə dəvət edib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i338976-vatikan_turistləri_İrana_səfərə_dəvət_edib
"İtaliya yepiskopları orqanı"nın rəsmi nəşri öz oxucularını İrana səfərə təşviq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2019 04:39 Asia/Baku
  • Vatikan turistləri İrana səfərə dəvət edib
    Vatikan turistləri İrana səfərə dəvət edib

"İtaliya yepiskopları orqanı"nın rəsmi nəşri öz oxucularını İrana səfərə təşviq edib.

"İtaliya yepiskopları orqanı"nın rəsmi nəşri olan Unize qəzeti dünən özünün İran daxil olmaqla müxtəlif ölkələrə ziyarət və mədəni səfərlərinin tarixini yayaraq, yazıb: Vatikan səyahət agentliyi yayın əvvəlləri, yayın sonları və payızın əvvəlləri üçün üç böyük turist qrupunu İrana göndərmək niyyətindədir.

Vatikanın bu turizm təşkilatı öz internet saytında İranı dünyanın cazibədar ölkələrindən biri adlandıraraq, yazır: Bu geniş ölkədə tarixi və arxeoloji abidələri, əzəmətli məscidləri, məqbərələri və özünəməxsus muzeyləri müşahidə etmək olar.

Bu nəşr öz oxucularına İrana səfər etməyi tövsiyə edərək, yazır: Tarixi İran ölkəsinə səfər, hər bir turist üçün cazibədar və yaddaqalan olacaqdır.