32-ci Tehran Beynəlxalq Kitab Sərgisi açılıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i339299-32_ci_tehran_beynəlxalq_kitab_sərgisi_açılıb
32-ci Tehran Beynəlxalq Kitab Sərgisi bu gün Tehranda, İmam Xomeyni(r.ə.) adına müsəllada açılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2019 07:12 Asia/Baku
  • 32-ci Tehran Beynəlxalq Kitab Sərgisi açılıb
    32-ci Tehran Beynəlxalq Kitab Sərgisi açılıb

32-ci Tehran Beynəlxalq Kitab Sərgisi bu gün Tehranda, İmam Xomeyni(r.ə.) adına müsəllada açılıb.

32-ci Tehran Beynəlxalq Kitab Sərgisinin sədri Mohsen Cəvadi İranın islami mədəniyyət və irşad naziri, Çinin mədəniyyət naziri, müxtəlif ölkələrin səfirləri və mədəniyyət nümayəndələrinin iştirak etdikləri bu sərginin açılış mərasimində deyib: Kitab sərgisi İranın dünya xalqları ilə davamlı dostluğunun möhkəmləndirilməsi istiqamətində atılan addımdır.

Cəvadi 32-ci Tehran Beynəlxalq Kitab Sərgisinin şüarını, "Oxumaq bacarmaq deməkdir!" elan edib və bildirib ki, bu sərgidə 2400 iranlı və 800 xarici naşir öz əsərlərini təqdim edəcəklər.

32-ci Tehran Beynəlxalq Kitab Sərgisinin sədri deyib ki, bu sərgi vasitəsilə hökumətlər və xalqlar arasındakı dərin bağları möhkəmlətmək olar. O, deyib: Çinin Tehran Beynəlxalq Kitab Sərgisinin xüsusi qonağı kimi iştirakı, kitaboxuma yolu ilə "İpək yolu"nun bərpasının əlaməti ola bilər.

32-ci Tehran Beynəlxalq Kitab Sərgisi aprelin 24-dən mayın dördünədək keçiriləcək.