Tehranda işədüzəltmə sərgisi keçirilib
-
Tehranda işədüzəltmə sərgisi keçirilib
İş sərgilərinin keçirilməsi o cəhətdən önəmlidir ki, iş axtaranlarla sahibkarlar arasındakı məsafəni azaltmaqla işçi qüvvəsinin prinsipial dövriyyəsinə səbəb ola bilər və sonda bu dövriyyənin məhsulu işsizlik göstəricisinin azalması olacaqdır.
Müdir: Biz müştərinin bizdən tələb etdiyi hər bir xidməti online təqdim edirik. Burada bütün ölkədən təmir qüvvəsi axtarırıq.
“Asan Ödəniş”in işçi qüvvəsinin təmini üzrə məsul şəxsi: Biz yüz faiz, iş axtaran şəxslərin rezumesini araşdırırıq. Əlbəttə, demək olmaz ki, bütün rezumelər qəbul olunur. Belə ki, ötən il heç bir rezume bizim meyarımızdan qəbul ola bilmədi.
İrancell şirkətinin işçi qüvvəsinin təmini üzrə müdiri: İranda iş yerlərinin doldurulması məqsədilə İran-Cobeks-də iştirak etdik. Şəxslərin təqdim etdikləri rezumelər bizim, şirkətdə hansı iş yerlərinə, hansı təhsil sənədinə və hansı məharətə ehtiyacımızın olmasından asılıdır. Hər təbəqə və təhsil sənədindən olan şəxslər rezume təqdim edirlər.
İşədüzətlmə cəmiyyətinin üzvü: Bu cəmiyyət bütün işədüzəltmə saytları və müəssisələrinə nəzarət edir. Bu cəmiyyət beynəlxalq səviyyədə fəaliyyət göstərir və hətta ölkə xaricində yaşamaq istəyən şəxslərə də iş məşvərətləri veririk.