İranın çimərlik futbol komandası; Dünya ikincisi və Asiya birincisi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i339772-İranın_çimərlik_futbol_komandası_dünya_ikincisi_və_asiya_birincisi
Dünya Çimərlik Futbolu Təşkilatının cümə gününə olan ən son reytinq cədvəlində aprel ayı üçün dünya komandalarının ən son sıralaması açıqlanıb. İran Asiya birincisi və dünya ikincisi elan edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2019 09:43 Asia/Baku
  • İranın çimərlik futbol komandası; Dünya ikincisi və Asiya birincisi

Dünya Çimərlik Futbolu Təşkilatının cümə gününə olan ən son reytinq cədvəlində aprel ayı üçün dünya komandalarının ən son sıralaması açıqlanıb. İran Asiya birincisi və dünya ikincisi elan edilib.

İRNA-nın məlumatına görə, Dünya Çimərlik Futbolu Təşkilatının (Beach Soccer Worldwide) açıqlamasına görə, Braziliya komandası 4135, İran 2490, Portuqaliya 2480, Rusiya 2015 və İtaliya 1963 xal ilə müvafiq olaraq ilk 5 pillədə duran komandalardırlar.

Paraqvay, Tahiti, Yaponiya, İsveçrə və İspaniya isə növbəti yerləri özlərinə aid ediblər.

İranın çimərlik futbolu komandası Asiya qitəsi üzrə 2490 xal ilə ilk yerdədir. Yaponiya 1393 xal ilə ikinci, Birləşmiş Ərəb Əmirlikləri isə 1167 xal ilə üçüncüdür.