İranın dördnəfərlik stolüstü tennis komandası Bakı beynəlxalq yarışlarında iştirak edir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i339817-İranın_dördnəfərlik_stolüstü_tennis_komandası_bakı_beynəlxalq_yarışlarında_iştirak_edir
Bakı idman kompleksində İran komandası daxil olmaqla altı ölkənin idmançılarının iştirakı ilə azyaşlılar və yeniyetmələrin stolüstü tennis üzrə beynəlxalq yarışları keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 03, 2019 12:13 Asia/Baku
  • İranın dördnəfərlik stolüstü tennis komandası Bakı beynəlxalq yarışlarında iştirak edir

Bakı idman kompleksində İran komandası daxil olmaqla altı ölkənin idmançılarının iştirakı ilə azyaşlılar və yeniyetmələrin stolüstü tennis üzrə beynəlxalq yarışları keçirilir.

Dünən axşam başlanmış bu yarışlarda İran İslam Respublikası, Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə, Rusiya və Litvadan olan səksəndən çox idmançı azyaşlılar və yeniyetmələr üzrə iki yaş qrupunda rəqabət aparır.

Tehran vilayətindən olan Pərham Əşrəfi və Qərbi Azərbaycan vilayətindən olan Elina Rəhimi İranın stolüstü tennis üzrə yeniyetmələr qrupunu təşkil edirlər. Həmçinin Kürdüstan vilayətindən olan Sameran Kərimi və Tehran vilayətindən olan Niliya Nəqibi azyaşlılar qrupunu təşkil edirlər. Bu beynəlxalq turnirdə İran yığmasına Heşmətullah Şərifi başçılıq edir. Yarışlarda İran millisinin baş məşqçisi Nəsim Rəncbərdir.

İran millisinin baş məşqçisi Nəsim Rəncbər bu beynəlxalq yarışlarda iştirakda məqsədi, Monqolustanın Ulan-Bator şəhərində keçiriləcək Asiya yarışları ərəfəsində İranın azyaşlı və yeniyetmə idmançılarının hazırlıq səviyyəsini gücləndirmək adlandırıb.

İran yığmasını qeyd olunan yarışlarda İranın stolüstü tennis federasiyasının sədri Mehrdad Əli Qardaşi və bu federasiyanın sədr müavini Behnam Həbibzadə müşayiət edirlər. Bu beynəlxalq yarışlar bu gün axşam başa çatacaq.