İran nümayəndəsi Livanda keçirilən beynəlxalq mental hesablama yarışlarının qalibi olub
May 05, 2019 13:06 Asia/Baku
-
İran nümayəndəsi Livanda keçirilən beynəlxalq mental hesablama yarışlarının qalibi olub
İran nümayəndəsi Sina Tağızadə Beyrutda keçirilən 9-cu beynəlxalq çötkə ilə mental hesablama yarışlarının çempionu olub.
O, 13 ölkədən gəlmiş beş yaşından on dörd yaşınadək olan 1200 azyaşlı və yeniyetmə uşağın iştirakı ilə keçirilən 9-cu beynəlxalq çötkə ilə mental hesablama yarışlarında 8-10 yaş qrupunda iştirak edərək, birinci yeri tutubdur.
Tağızadə bu qəbildən olan yarışların iki öncəki dövründə də birinci yeri qazanmışdı.
10-cu beynəlxalq çötkə ilə mental hesablama yarışları 2019-cu ilin dekabr ayında Tailandda keçiriləcək.