Çin 45-ci naviqasiya peykini kosmosa göndərdi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i340551-Çin_45_ci_naviqasiya_peykini_kosmosa_göndərdi
Çin kosmosa daha bir peyk göndərməklə, "Bido" naviqasiya sisteminə daha bir peyk əlavə etmiş oldu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2019 11:16 Asia/Baku
  • Çin 45-ci naviqasiya peykini kosmosa göndərdi
    Çin 45-ci naviqasiya peykini kosmosa göndərdi

Çin kosmosa daha bir peyk göndərməklə, "Bido" naviqasiya sisteminə daha bir peyk əlavə etmiş oldu.

Çinin kosmosa göndərdiyi peyk "Bido" peyklərinin ikinci nəslindən olan "BDS-2" peykidir. Bu həmçinin "Bido" seriyasına aid 45-ci peykdir.

Bu peyk yerin orbitində təyin olunmuş nöqtəyə çatdıqdan və sınaq mərhələlərin həyata keçirdikdən sonra Bido naviqasiya sisteminə qoşulacaq. Bununla da bu sistemdən istifadə edənlər daha yaxşı xidmətlə təmin olunacaqlar. Çinin "Şi Çan" peyklərin kosmosa göndərilməsi mərkəzinin direktoru Jang Juyo bu barədə dedi: Peykin kosmosa göndərilməsi əməliyyatı uğurlu alınıb.