İran komandası qızıl bir gecədə çempion oldu
May 20, 2019 04:11 Asia/Baku
-
İran komandası qızıl bir gecədə çempion oldu
İranın karate komandası 6 qızıl və üç bürünc medalla Türkiyədə keçirilən A qrupu üzrə dünya kuboku yarışlarının ikinci turunun çempionu olubdur.
Yarışlarda 103 ölkədən 1813 karateçi iştirak edib.
Yarışlara ev sahibliyi edən Türkiyə dörd qızıl, iki gümüş və üç bürünc medalla ikinci olub, Yaponiya isə bir qızıl, üç gümüş və üç bürünc medalla üçüncü pillədə durubdur.
İran komandası kişilərin yarışlarında üç qızıl və üç bürünc, qadınların yarışlarında isə üç qızıl medalla birinci olubdur.
İranın karate komandası bu yarışların Avstriyada keçirilən birinci mərhələsində iki qızıl, iki gümüş və iki bürünc medal qazanaraq, kişi və qadınlar üzrə ümumi göstəricidə ikinci yeri tutmşudu.
Teqlər