İranlı şahmatçı qız Əbu-Zəbi yarışlarının qalibi oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i340902-İranlı_şahmatçı_qız_Əbu_zəbi_yarışlarının_qalibi_oldu
İranlı şahmatçı qız Sara Xadim Əş-Şəriə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dəbidə keçirilən "Ramazan Kuboku" yarışlarının qalibi oldu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2019 09:49 Asia/Baku
  • İranlı şahmatçı qız Əbu-Zəbi yarışlarının qalibi oldu
    İranlı şahmatçı qız Əbu-Zəbi yarışlarının qalibi oldu

İranlı şahmatçı qız Sara Xadim Əş-Şəriə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dəbidə keçirilən "Ramazan Kuboku" yarışlarının qalibi oldu.

İRİB-nin bildirdiyinə görə, Sara Xadim Əş-Şəriə bu yarışların sonunda 6.5 xal ilə birinci olub. Serbiya və Ukraynalı şahmatçılar isə müvafiq olaraq ikinci və üçüncü olub. 

Bundan öncə Sara Xadim Əş-Şəriə Birləşmiş Ərəb Əmirliklərində keçirilən sürətli şahmat yarışlarında üçüncü olmuşdu. 

Dünya Şahmat Federasiyasının ən son reytinq cədvəlinə əsasən Sara Xadim Əş-Şəriə dünyanın ən yaxşı şahmatçı qadınları arasında 15-ci pillədə durur.