İranın volyebol komandasının qəti qələbəsi
İyun 02, 2019 07:00 Asia/Baku
-
İranın volyebol komandasının qəti qələbəsi
İranın volyebol komandası Çində keçirilən millətlər liqasındakı ikinci oyununda yerli komandanı inamla məğlub edibdir.
İran voleybolçuları dünən millətlər liqası oyunlarının davamında üç ardıcıl setdə Çin yığmasını məğlub edə biliblər.
Cümə günü də İranın yığma volyebol komandası 2019-cu il millətlər liqası oyunlarının açılış görüşündə İtaliya seçməsini 3-1 hesabı ilə məğlub etmişdi.
İranın volyebol komandası növbəti turda Almaniya yığması ilə qarşılaşacaq.
Millətlər liqası oyunları 16 komandanın iştirakı ilə keçirilir.