İranın voleybol komandası millətlər liqasında üçüncü qələbə qazanıb
İyun 02, 2019 13:27 Asia/Baku
-
İranın voleybol komandası millətlər liqasında üçüncü qələbə qazanıb
İranın voleybol komandası 2019-cu il millətlərin voleybol liqasındakı üçüncü matçında Almaniya yığmasını 3-0 hesabı ilə məğlub edib.
İranlı voleybolçular bu gün Çində Almaniya yığması ilə qarşılaşıblar. Onlar bu komandanı İtaliya və Çin yığmaları kimi öz qarşılarından götürüblər.
İran bu qələbə ilə yarışların ilk həftəsinin oyunlarında tam 9 xal əldə edib.
İranın voleybol komandası iyunun 7-də Yaponiyada Braziliya seçməsi ilə görüş keçirməlidir.