İran voleybolu millətlər liqasında beşinci oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i344257-İran_voleybolu_millətlər_liqasında_beşinci_oldu
İranın yığma voleybol komandası Fransa komandasından yuxarıda durmaqla 2019-cu il millətlər liqası yarışlarında beşinci pillədə durub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2019 07:18 Asia/Baku
  • İran voleybolu millətlər liqasında beşinci oldu
    İran voleybolu millətlər liqasında beşinci oldu

İranın yığma voleybol komandası Fransa komandasından yuxarıda durmaqla 2019-cu il millətlər liqası yarışlarında beşinci pillədə durub.

İranın yığma voleybol komandası bu gün səhər tezdən Braziliya yığmasına 3-2 hsabı ilə məğlub olaraq, 2019-cu il millətlər liqası yarışlarının yarımfinalına vəsiqə qazana bilmədi.

İranın yığma voleybol komandası bundan öncə millətlər liqası yarışlarının seçmə görüşlərində 12 qələbə və üç məğlubiyyətlə ikinci komanda kimi yekun mərhələsinə çıxmışdı.

Beləliklə, İran və Fransanın voleybol komandaları bu yarışların yekun mərhələsində yarışlardan çıxdılar. Setlərin hesablanması əsasında İranın vəziyyətinin daha yaxşı olmasına görə, İran yekun cədvəlində Fransadan yuxarıda dayanaraq, beşinci, Fransa isə altıncı oldu.

Həmçinin Polşa, Braziliya, Rusiya və ABŞ komandaları 2019-cu il millətlər liqası yarışlarının yarımfinalına vəsiqə qazandılar.

Voleybol üzrə millətlər liqasının tarixində Braziliya komandası 9 dəfə çempion, 7 dəfə ikinci, 4 dəfə isə üçüncü olmaqla bu sahədə rekord sahibidir. İtaliya 8, Rusiya isə 4 çempionluqla ikinci və üçüncü yerlərdə gedirlər.