İranlı qadınlar Karate üzrə Asiya Çempionatında qızıl medal qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i422948-İranlı_qadınlar_karate_üzrə_asiya_Çempionatında_qızıl_medal_qazanıblar
İranın qadınlardan ibarət kumite komandası İndoneziyanın Bali adasında keçirilən Karate üzrə Asiya Çempionatında qızıl medal qazandı.
(last modified 2026-06-21T13:41:31+00:00 )
İyun 21, 2026 17:38 Asia/Baku
  • İranlı qadınlar Karate üzrə Asiya Çempionatında qızıl medal qazanıblar

İranın qadınlardan ibarət kumite komandası İndoneziyanın Bali adasında keçirilən Karate üzrə Asiya Çempionatında qızıl medal qazandı.

Pegah Zəngənənin məşqçilik etdiyi İranın qadınlardan ibarət kumite komandası finalda yapon rəqiblərini 2-0 hesabı ilə məğlub edərək, qızıl medalı təmin edib. Qələbəni Hənnanə Salehi və Fatimə Zəhra Səidabadinin komandası qazanıb.

Bu arada, İranın kişilərdən ibarət kumite komandası daha az şanslı olub və final matçında İordaniyaya 3-0 hesabı ilə məğlub olaraq, gümüş medalla kifayətlənib.