İranın gənc voleybolçuları dünya çempionu oldular
-
İranın gənc voleybolçuları dünya çempionu oldular
İranın gənclərdən ibarət voleybol komandası İtaliya yığmasını məğlub edərək, ilk dəfə olaraq dünya çempionu olubdur.
İranın 21 yaşından aşağı voleybol komandası dünən gecə dünya çempionatının final görüşündə İtaliya yığması ilə qarşılaşıb və bu komandanı 3-2 hesabı ilə məğlub edibdir.
İtaliya bu yarışların öncəki bütün altı görüşündə, o cümlədən turnirin ikinci mərhələsində İrana qalib gəlmişdi, amma bu görüşdə İranın gənc voleybolçularının qüdrəti qarşısında təslim oldu.
İran gəncləri yarımfinal mərhələsində güclü və məşhur Braziliya yığmasını məğlub edə bilmişdilər.
Sıralama görüşündə də Braziliya komandası Rusiya yığmasını 3-0 hesabı ilə məğlub edərək, üçüncü olubdur.
İran İslam Respublikasının prezidenti bir müraciətdə İranın gənclərdən ibarət voleybol komandasını dünya çempionu münasibətilə təbrik edibdir.