Həmədanın ən böyük bitki yağı istehsalı obyekti
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i345248-həmədanın_ən_böyük_bitki_yağı_istehsalı_obyekti
Hər bir ölkənin nümunəvi sahibkarlarını himayə ikitərəfli mənfəətə malik bir himayə olacaq və bölgədə iş axtaran gənclərə daha çox mənfəət gətirəcəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2019 16:17 Asia/Baku
  • Həmədanın ən böyük bitki yağı istehsalı obyekti
    Həmədanın ən böyük bitki yağı istehsalı obyekti

Hər bir ölkənin nümunəvi sahibkarlarını himayə ikitərəfli mənfəətə malik bir himayə olacaq və bölgədə iş axtaran gənclərə daha çox mənfəət gətirəcəkdir.

Nəreyşen: Bölgənin qaşı və əhalinin güzəranını xoş eləyən Həmədan vilayətinin ən böyük zavodu.

1391-ci günəş ili idi. 20 fəhlə yağçakmə dəzgahı ilə gündə on ton yağ istehsal etməklə fəaliyyətə başladı və indi...

Müsahibə: Birbaşa şəkildə 200 nəfərin işə başlaması ilə ildə təqribən 46 min ton müxtəlif qida yağları istehsal edirik.

Nəreyşen: Küncüt və günəbaxandan tutmuş rapsa və safloradək ölkənin yüksək keyfiyyətli yağları məhz buranın istehsalıdır.

Müsahibə: Bu şirkətin məhsulları bitki yağ çəyidəklərindən hazırlanır.

Nəreyşen: Yağ əsas əmtəə malı hesab olunur. Burada inkişaf layihəsi də ortaya qoyulubdur.

Müsahibə: İnkişaf layihəsi istiqamətində saatda 16 kiloluq on min yağ çəlləyi, həmçinin beş kiloluq on min yağ çəlləyi istehsal etməyə hazırıq.

Nəreyşen: Bu şirkətin sahiblərinin sözlərinə görə, əgər məsul şəxslər, dedikləri kimi, ölkənin nümunəvi sahibkarlarına kömək etsələr, bu şirkət 1300 nəfər üçün iş yaradar.

Müsahibə: İnkişaf layihəsi ilə həm biz istehsalı təqribən ikiqat artıra bilərik, həm bu məntəqə gəncləri üçün məşğulluq yaranar, həm də əkinçilərə bir yardım olmuş olar.

Nəreyşen: Hər il Həmədan vilayətində 20 min tondan çox yağ çəyirdəkləri əkilir və onların təqribən hamısı bu zavodun istehlakına çatır.

Plato: Əslində bu zavod az sayda zavodlardandır ki, yağçəkmə və təmizləmə sexlərinə və hətta elektrik stansiyasına malikdir. Bu kimi obyektlərin daha çox himayə olunması İranda və bölgədə bitki yağları istehsalı sahəsində iqtisadi müstəqilliyə böyük bir kömək edəcəkdir.