Aran və Bidgol Yaxın Şərqdə maşındatoxunma xalça qütbüdür
-
Aran və Bidgol Yaxın Şərqdə maşındatoxunma xalça qütbüdür
Dünyanın müasir texnologiyasından istifadə və yüksək mənfəət gətirən ixracata diqqət, Aran və Bidqol rayonunun istehsalın rövnəqindəki uğurunda mühüm amil olubdur.
Burada, bu səhrada, Aran və Bidqolun özünəməxsus turizm cazibələrinin kənarında fəal sənaye cərəyan edir ki, bu da həmin rayonun dünyada məşhur olmasına səbəb olubdur.
Bayborid- Bidqolun icra başçısı: Bu rayonda 810 sənaye obyekti və zavod fəaliyyət göstərir ki, onların 510 ədədi maşındatoxunma xalça və onun tabeliyində olan sənaye sahəsindədir. Biz ildə əlli milyon kvadratmetr maşındatoxunma xalça istehsal edirik.
Günəş təqvimi ilə 60-cı onilliyin sonlarında Aran və Bidqol əhalisinin maşındatoxunma xalça istehsalındakı qədim sənəti ilə bağlı yaradılıb. Bu sənaye rayonun və ətraf bölgələrin iqtisadi rövnəqinə səbəb olubdur.
Kişi: Müxtəlif ənənəvi - fantaziya - müasir və klassik naxışlarda 700-1000-1200 ilməli xalçalar istehsal edirik.
Kişi: 19 ildir ki, maşındatoxunma xalça istehsal edirəm. Ayda on min kvadratmetr xalça istehsal edirik.
Maşındatoxunma xalça istehsalı dövriyyəsi Aran və Bidqol əhalisinin davamlı əmək fəaliyyətinə səbəb olur. Bu rayonda işsizlik miqdarı əlli faizdən aşağıdır.
Kişi: Allaha şükr, bu sənaye fəaldır və biz də kənarında qazanc əldə edirik.
Bu sənayenin iri həcmli istehsalı bu məhsul üzrə alış-veriş bazarını fəal edibdir.
Kişi: Xalçalar olduqca çeşidlidirlər. Qum-dan bazarlığa gəlmişik.
İcra başçısı: Dünyanın 19 ölkəsinə maşındatoxunma xalça ixracatından 150 milyon dollarlıq valyuta gəliri əldə olunur. Bu rayon ölkədə maşındatoxunma xalça üzrə ilk qütb və paytaxtdır.