Omeqa 3 aqressiv davranışları kontrol edir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i366180-omeqa_3_aqressiv_davranışları_kontrol_edir
Britaniyanın Derby və Nottinqem Universitetləri tərəfindən aparılan yeni bir araşdırmanın nəticələri göstərir ki, qida rasionlarında bol miqdarda mövcud olan omeqa 3-ün bəzi yağ turşuları aqressiv davranışların idarə edilməsi üçün çox faydalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2020 11:34 Asia/Baku
  • Omeqa 3 aqressiv davranışları kontrol edir

Britaniyanın Derby və Nottinqem Universitetləri tərəfindən aparılan yeni bir araşdırmanın nəticələri göstərir ki, qida rasionlarında bol miqdarda mövcud olan omeqa 3-ün bəzi yağ turşuları aqressiv davranışların idarə edilməsi üçün çox faydalıdır.

SəhərAzəri xəbər verir, "Medical Ekspress"in məlumatına görə, omeqa 3 beyin və bədənin sağlam fəaliyyəti üçün çox vacibdir və bəzi qidalar, o cümlədən yağlı balıqlar, kolza yağı, kətan toxumları, qoz, soya, omeqa 3 ilə xənginləşdirilmiş yumurta, bəzi tərəvəzlər o cümlədən avokado, ispanaq və kahı da bol miqdarda mövcuddur. Bu yağ turşularının çatışmazlığı uşaqlar və böyüklərdə yaranan depressiya, aqressiv davranışlar, süstlük, və motivasiyanın azalması ilə birbaşa əlaqədədir. Digər tərəfdən omeqa 3 əlavələrindən bəzi psixoloji problemlərin müalicəsində istifadə olunur.