Luis Hamilton "Formula-1" yarışlarında 90-cı qələbəsini qazandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i367234-luis_hamilton_formula_1_yarışlarında_90_cı_qələbəsini_qazandı
Altıqat dünya çempionu 90-cı dəfə yarış qalibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2020 05:57 Asia/Baku
  • Luis Hamilton

Altıqat dünya çempionu 90-cı dəfə yarış qalibi olub.

Səhər Azəri bildirir ki, "Mercedes" komandasının britaniyalı pilotu Luis Hamilton "Formula 1" - "Toskana Qran Pri" avtomobil yarışları üzrə dünya çempionatının doqquzuncu mərhələsinin qalibi oldu.

Məlumata görə, altıqat dünya çempionu karyerasında 90-cı dəfə yarış qalibi olub və məşhur alman Mixael Şumaxerin rekordunu təkrarlamağa cəmi bir qələbəsi qalıb.

"Qran Pri" "Ferrari"nin sahibi olduğu İtaliyanın "Mucello" trasında keçirilib.

"Toskana Qran Pri"si bu mövsüm tamaşaçıların qarşısında baş tutan ilk mərhələ kimi yadda qalacaq, tribunalara hər yarış günü təxminən 3 min azarkeş buraxılıb.