Noy 12, 2020 15:24 Asia/Baku
  • İran filmi Düsseldorf film festivalında

Sima Bonyadinin ilk rejissorluq təcrübəsi olan «Nüfuz» qısametrajlı filmi Almaniyanın Düsseldorf şəhərində keçirilən film festivalının müsabiqə bölməsinə vəsiqə qazanıb.

SəhərAzəri xəbər verir, bu il on səkkizinci dövrünü keçirən Düsseldorf beynəlxalq film festivalı öz müsabiqə bölməsinin yekun siyahısını elan edibdir ki, ona əsasən, göndərilmiş mindən çox film arasında iyirmi bir qısametrajlı film, festivalın müsabiqə bölməsinə vəsiqə qazana bilibdir.

COVID-19 pandemiyası şəraitinə görə, müsabiqə bölməsinin filmləri noyabrın on səkkizi və on doqquzunda online surətdə və min tamaşaçı ilə göstəriləcək.

On səkkizinci Düsseldorf beynəlxalq film festivalının bağlanış mərasimi noyabrın iyirmisində keçiriləcək və seçilmiş filmlər təqdim olunacaqdır.

Teqlər