Argentina klubunun ən yaxşı bombardiri evində ölü tapılıb
Fev 07, 2021 12:22 Asia/Baku
Argentinanın “Qodoy-Krus” klubunun futbolçusu Santyaqo Qarsiyanın meyiti tapılıb.
SəhərAzəri ّDəyərlər.org-yə istinadən xəbər verirki,30 yaşlı hücumçu öz evində ölü vəziyyətində aşkarlanıb. Onun cəsədinin yanında odlu silah olub. Santyaqo ölümcül yaralardan vəfat edib. Polis futbolçunun özünə qəsd etdiyi ehtimalının olduğunu da açıqlayıb.
Qarsiya “Qodoy-Krus”un tarixində ən yaxşı bombardirdir. O, yüksək liqada klubun 51 qoluna imza atıb.
Qeyd edək ki, Santyaqo əvvəllər “River Pleyt”, “Atletiko Paranaense” kimi klublarda da oynayıb.