Mançester Yunaytedin qapıçısı Borussia Dortmundun transfer siyahısında
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i373664-mançester_yunaytedin_qapıçısı_borussia_dortmundun_transfer_siyahısında
Mançester Yunaytedin ehtiyat qapıçısı Almaniyanın Borussia Dortmund klubunun maraq dairəsindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2021 12:41 Asia/Baku
  • Mançester Yunaytedin qapıçısı Borussia Dortmundun transfer siyahısında

Mançester Yunaytedin ehtiyat qapıçısı Almaniyanın Borussia Dortmund klubunun maraq dairəsindədir.

SəhərAzəri xəbər verir ki, Dean Henderson cari mövsümdə Mançester Yunayted klubunda David de Xeanın bir nömrəli ehtiyat oyunçusu olub və çox oynamayıbdır.

Komandası 28 oyun keçirdiyi halda o təkcə üç oyunda çıxış edib. Bununla belə Almaniya Bundesliqanın iki klubunun diqqət mərkəzindədir. 

"Sky Sports"un bildirdiyinə görə, Tottenhem gələn yay mövsümündə 23 yaşlı qapıçının xidmətində maraqlanır.

Görünür, Hotspurun portuqaliyalı baş məşqçisi Joze Mourinyo Hendersonun qabiliyyətlərindən təsirlənib və bu qapıçını tanıdığı üçün onunla yenidən əməkdaşlıq etməkdə maraqlıdır.

Ancaq Mançester Yunaytedin oyunçusu xaricdə də diqqət mərkəzindədir, çünki Alman Bundesliqasından Borussia Dortmund, onun adını transfer siyahısına salıbdır.