Bu güllər evdəki zəhərli maddələri özünə çəkir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i375137-bu_güllər_evdəki_zəhərli_maddələri_özünə_çəkir
Kərpic və betondan tikilən evlər daim özündən ammiak benzol, formaldehid, ksilol kimi toksiki maddələr ifraz edir. Bu da yaşadığımız müddətdə müxtəlif xəstəliklərin, əsasən də allergiya və xərçəng xəstəliklərinin yaranmasına səbəb olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2021 05:07 Asia/Baku
  • Bu güllər evdəki zəhərli maddələri özünə çəkir

Kərpic və betondan tikilən evlər daim özündən ammiak benzol, formaldehid, ksilol kimi toksiki maddələr ifraz edir. Bu da yaşadığımız müddətdə müxtəlif xəstəliklərin, əsasən də allergiya və xərçəng xəstəliklərinin yaranmasına səbəb olur.

SəhərAzəri xəbər verir ki, son illərin allergik statistikası bunu təsdiq edir.

Şəhərdə yaşayan hər 3 nəfərdən biri allergiyanın hər hansı bir növündən əziyyət çəkir. Bundan əlavə evimizin havasını bakteriyalar, kif, evdə istifadə edilən qaz da korlayır.

Payızgülü NASA nın ən çox sevdiyi güllərdir və kosmik agentliklərin ofislərinin havasını təmizləmək üçün məhz bu güllərdən istifadə edirlər.

Bu bitki otaqda yaranan zəhərli maddələrin böyük hissəsini udur. Evdə bakteriya balansını sabit saxlayır.