ABŞ İrana uduzdu
İran voleybolçuları Amerika yığmasını 3-0 hesabı ilə məğlub ediblər
İranın voleybol üzrə yığma komandası dünən Millətlər Liqasının üçüncü həftəsinin əvvəlində dünyanın ən güclü komandalarından olan Amerika yığması ilə görüşüb və rəqibini 3-0 hesabı ilə məğlub edə bilib.
SəhərAzəri-nin məlumatına əsasən, İran komandası dünən Tehran vaxtı ilə saat 20-30 dəqiqədə İtaliyanın Rimini şəhərində keçirilən bu görüşdə birinci hissəni 25-19 hesabı ilə qalib gəlib, ikinci və üçüncü hissələri isə eyni 25-23 hesabı ilə başa vuraraq, Con Spirounun şagirdlərini 3-0 hesabı ilə məğlub edibdir.
Bu oyunun maraqlı səhnələrindən biri, üçüncü hissədə baş verib. Belə ki, Meysəm Salehi və Milad Ebadipourun/ topu Amerikanın ərazisinə qaytarmaq üzrə səyləri, sonra isə Seyyed Mohəmməd Mousəvinin müdafiəsi və Saber Kazeminin torun üzərindən vurduğu zərbə, İranın doqquz xala çatmasına səbəb olub.