"Pfizer" və "AstraZeneka" vaksinlərinin effektivliyi zamanla azalır
İngiltərədə Pfizer və AstraZeneka peyvəndlərinin hər iki dozasını alanlar üzərində aparılan son araşdırmalar, onların təsirlərinin zamanla azaldığını göstərir.
SəhərAzəri-nin məlumatına əsasən, "Pfizer-BionTech" peyvəndinin koronavirusa qarşı ilkin effektivliyi ikinci dozanı aldıqdan bir ay sonra 88 faiz idi, lakin bu nisbət 5-6 aydan sonra 74 faizə enir. Oxford-Astrazenka peyvəndinin effektivliyi də iki dozadan sonrakı ilk ayda 77 faiz idi, lakin 4-5 aydan sonra bu nisbət 67 faizə enir. Amma tədqiqatçılar hələ də koronavirusa qarşı peyvəndlərin xəstəlikdən ölənlərin sayını azaltmaqda təsirli olduğunu vurğulayırlar. Bu tapıntılar, koronavirus sahəsində ən böyük institutlarından biri olan "Zoe Covid" tədqiqat İnstitutunun araşdırmalarının nəticəsidir.
Bu institut öz araşdırmaları üçün vaksinin hər iki dozasını almış, lakin koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış bir milyondan çox insanın məlumatlarından istifadə edib.