Peqasus mobil telefonlardan casusluq edir
Peqasus casusluq proqramı üzərində işləyən media fəallarından bir qrupu deyir ki, bu casusluq proqramı ilə/ bir naməlum telefona əlaqəsi və ya qısa mesajla elektron mobil telefonlara girmək mümkündür və telefon istifadəçiləri bunu hiss etməyəcəklər.
SəhərAzəri-nin verdiyi məlumata görə, Heç bir elektron mobil telefon peqasus casusluq proqramından amanda deyil.
Təkcə şəxsin telefon nömrəsinə malik olmaq bəs edər. Bu yolla şəxsin email-ləri, çətləri, mesajları, telefon söhbətləri və hətta mobil telefonun mikrofonu və kamerası da daxil olmaqla telefonun bütün məlumatlarını əldə etmək olar.
Mediaların bildirdiklərinə görə, indiyədək sionist rejimin NSI şirkətinin məhsulu olan bu proqram vasitəsilə bir qrup siyasi şəxsiyyət, jurnalist, biznesmen və insan hüquqları fəalı casusluq hədəfinə çevrilibdir.
Almaniyada media fəalı və Fələstin xalqının müdafiəçisi- Kristof Horsteli dinləyək:
m.m- Mən də təcrübə etmişəm. Siyasi dəyişiklikləri mənzilimin qarşısındakı kamera ilə qeydə alarkən və ondan bir-iki saat öncə, yekun vaxt-ı məlumat vermək üçün quruluşçu operatorla əlaqə qurarkən nəzarət altında olduğumu bildim.
Medialar ifşa ediblər ki, peqasus Fransanın on dörd rəsmisindən, o sıradan bu ölkənin prezidentindən casusluq edibdir.
Hələ 2012-ci ildən 2014-cü illədək Merkelin telefon söhbətlərinin dinlənilməsinin nəticələri unudulmayan Almaniyada bu ölkənin siyasi rəsmiləri sionist rejimin casusluq proqramının kənarından laqeydliklə keçib gediblər.
Eyni zamanda, bu günlər medialarda irəli sürülən mühüm bir sual budur ki, istifadəçilərinin əlaqələrinin təhlükəsizliyinin təmini vədini vermiş Apple və Google şirkətləri bu casusluq proqramının daxil olması qarşısında öz vədlərinə necə əməl edə bilərlər?