Sen 06, 2021 21:54 Asia/Baku
  • Argentina-Braziliya matçı rəsmən ləğv edilib

Cənubi Amerika Futbol Konfederasiyası bir bəyanat yayaraq, Braziliya - Argentina matçının rəsmən ləğv olunduğunu açıqlayıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, Cənubi Amerika Futbol Konfederasiyası, matçın ləğv edildiyini və hakimin və matçın müşahidəçisinin FİFA-nın İntizam Komitəsinə hesabat təqdim edəcəyini təsdiqləyib. Bu matçın FİFA-nın nəzarəti altında olduğunu nəzərə alsaq, növbəti mərhələlərdə bir komitə bu barədə qərar verəcək və bu üsul FİFA qaydalarına tam uyğundur.

Braziliya - Argentina görüşü başladığı bir halda, 6-cı dəqiqədə polis və təhlükəsizlik qüvvələri meydana girərək matçın davam etməsinə mane oldular.

Məlumata görə, onlar Argentinanın 4 oyunçusunu axtarırdılar, hansı ki, 14 günlük karantin qaydalarına riayət etmədən İngiltərədən Braziliyaya yola düşüblər və bu ölkə rəsmilərinə koronavirusla əlaqədar qaydalar haqqında yalan söyləyiblər. 

Teqlər