Tədqiqatçıların çəki atmaq üzrə tövsiyəsi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i381724-tədqiqatçıların_çəki_atmaq_üzrə_tövsiyəsi
Tədqiqatçılar özlərinin son araşdırmalarında bu nəticəyə gəliblər ki, süni şirinləşdiricilər beyni aldatmaqla insanlarda aclıq hissi yaradırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 03, 2021 12:11 Asia/Baku
  • süni şirinləşdiricilər
    süni şirinləşdiricilər

Tədqiqatçılar özlərinin son araşdırmalarında bu nəticəyə gəliblər ki, süni şirinləşdiricilər beyni aldatmaqla insanlarda aclıq hissi yaradırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Bu araşdırmanı amerikalı tədqiqatçılar aparıblar. Bu tədqiqata əsasən, üzərlərində sınaq aparılan şəxslər süni şirinləşdiricilər istehlak etdikdən sonra ac olublar. Qadınlar və kök insanlar ən çox iştahaya malik olublar.

Bundan öncə də bir araşdırmanın nəticələri göstərmişdi ki, öz yemək vaxtlarında pəhriz içkiləri istifadə edən şəxslər gün ərzində daha çox kalori istehlak edəcəklər, zira onlar elə zənn edirlər ki, öz bədənlərinə artıq kalori daxil etməyiblər və daha çox kalori istehlak edə bilərlər.