Azərbaycan boksçuları Avropa çempionatından bürünc medulla ayrılıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i382370-azərbaycan_boksçuları_avropa_çempionatından_bürünc_medulla_ayrılıblar
Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Avropa çempionatında yarımfinal mərhələsinin döyüşlərinə qatılan 2 Azərbaycan boksçusu bürünc medulla yarışlardan ayrılıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 22, 2021 10:02 Asia/Baku
  • Azərbaycan boksçuları Avropa çempionatından bürünc medulla ayrılıblar

Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Avropa çempionatında yarımfinal mərhələsinin döyüşlərinə qatılan 2 Azərbaycan boksçusu bürünc medulla yarışlardan ayrılıb.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan boksçusu Nicat Hüseynov (51 kq) üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Azərbaycanın digər təmsilçisi Kamil Babayev (54 kq) də yarımfinalda büdrəyib və gürcüstanlı Giorgi Sajaya həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Nəticədə Azərbaycanın hər iki boksçusu Avropa çempionatını bürünc medalla başa vurub. final görüşləri oktyabrın 23-də keçiriləcək.