Çempionlar Liqasında "həftənin qolu" məlum olub
Dek 11, 2021 13:41 Asia/Baku
“Mançester Yunayted”in ulduzu Meyson Qrinvudun qolu UEFA Çempionlar Liqasının qrup mərhələsində həftənin ən yaxşı qolu seçilib.
SəhərAzəri-nin məlumatına əsasən, çərşənbə axşamı və çərşənbə günü UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub və 16 komanda 1/8 finala vəsiqə qazanıb.
Buna əsasən, bu mərhələnin ən yaxşı qolları təqdim edilib ki, "Mançester Yunayted"in gənc ulduzu Meyson Qrinvudun gözəl qolu həftənin qolu seçilib.
"Zenit" klubundan olan Magomed Ozdoyev, PSJ-dən Kilian Mbappe və "Real Madrid"dən Marko Asensionun vurduqları qollar da "Həftənin qolu"na namizədlər sırasında idi.