İyul 26, 2022 14:56 Asia/Baku
  • güləş
    güləş

Yeniyetmələrin yunan-roma güləşi üzrə dünya çempionatının ilk beş çəki dərəcəsindəki görüşləri keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Bazar ertəsi günü İtaliyanın paytaxtı Romada keçirilən bu görüşlərin sonunda iki İran nümayəndəsi finala vəsiqə qazanıb.

Həmin iki İran nümayəndəsi 48 kiloqram çəki dərəcəsində yarışan Əli Əhmədi-Vəfa və 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Ahura Boyeridir.

Həmçinin Seyid Rza Azərşəb səksən kiloqram çəkidə, Məhəmməd Cahangiri isə yüz on kiloqram çəkidə sıralama görüşlərində mübarizə aparacaqlar.

Yuxarıda qeyd olunan sıralama və final görüşləri bu gün axşam keçiriləcək.

Yarışların ikinci beş çəki dərəcəsi üzrə görüşləri də bu gün keçiriləcək.

 

Teqlər