İran karvanı İslamiadada üçüncü olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392303-İran_karvanı_İslamiadada_üçüncü_olub
İran idmançıları ümumilikdə 133 medal qazanmaqla Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının medal cədvəlində üçüncü yeri tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2022 07:57 Asia/Baku
  • İran karvanı İslamiadada üçüncü olub

İran idmançıları ümumilikdə 133 medal qazanmaqla Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının medal cədvəlində üçüncü yeri tutub.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının idman karvanı 39 qızıl, qırx dörd gümüş və əlli bürünc medal əldə etməklə İslamiadanın üçüncüsü kimi öz işini başa vurub.

Avqustun doqquzundan on səkkizinədək keçirilən beşinci İslam Həmrəyliyi Oyunlarında əlli iki ölkədən 4200 kişi və qadın idmançı iyirmi idman növündə öz gücünü sınayıb.

Bu oyunlara on altı əsas və üç para idman növündə 257 idmançı göndərən İran/ Türkiyə, Azərbaycan Respublikası və Özbəkistandan sonra, göndərilmiş idmançıların sayı baxımından, bu oyunların dördüncü idman karvanı olubdur.