Yer kürəsinin 600 milyon sakini qütb buzlarının əriməsi riski altındadır
Alimlər Qrenlandiyanın buz təbəqəsinin əriməsi ilə bağlı xəbərdarlıq edərək, bu məsələnin sahil bölgələrində yaşayan 600 milyon nəfərin həyatını risk altında qoyacağını bildiriblər.
"İRNA"nın məlumatına görə, "Nature Climate Change" jurnalında dərc olunan məqalədə vurğulanıb ki, əgər insanlar bu gün qalıq yanacaqların istifadəsini dayandırsalar belə, Qrenlandiyanın buz təbəqəsinin əriməsi Yer kürəsinin okeanlarında suyun səviyyəsinin ən azı 27 santimetr qalxmasına səsəb olacaq.
Alimlərin bildirdiyinə görə, sahillərdən uzaq ərazilərdə dəniz və okean səviyyəsinin qalxmasının uzunmüddətli təsirini başa düşmək çətin olsa da, bu məsələnin dəniz və okeanların yaxınlığında yaşayan 600 milyon insanın həyatını təhlükəyə atacağı təxmin edilir.
Qlobal istiləşmə və ya Yer kürəsinin istiləşməsi sonda şiddətli quraqlıqlara, qızmar istilərə və dəhşətli tufanlara səbəb olacaq.