İranın paravoleybol komandası dünya çempionu olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i394937-İranın_paravoleybol_komandası_dünya_çempionu_olub
Kişilərin paravoleybol üzrə dünya çempionatı İran yığmasının qalibiyyətilə başa çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2022 09:41 Asia/Baku
  • İranın paravoleybol komandası dünya çempionu olub

Kişilərin paravoleybol üzrə dünya çempionatı İran yığmasının qalibiyyətilə başa çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın kişilərdən ibarət paravoleybol komandası dünən axşam final görüşündə yarışların ev sahibi olan Bosniya-Herseqovinanın yığma komandasını üç-sıfır hesabı ilə məğlub edib.

İran yığması keçirdiyi yeddi görüşdə hətta bir seti belə uduzmayıbdır.

Həmçinin İran və Bosniyanın paravoleybol komandaları dünya çempionatının finalına yüksəldikləri üçün 2024-cü il Paris paralimpiya oyunlarına vəsiqə qazanıblar.