«Metropol Kino-Teatrı», Fəcr film festivalının ən yaxşı filmi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i397346-metropol_kino_teatrı_fəcr_film_festivalının_ən_yaxşı_filmi_olub
Qırx birinci beynəlxalq Fəcr film festivalının bağlanış mərasimi bir qrup kino xadimi və media mənsublarının iştirakı ilə Tehrandakı «Milad» qülləsində keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 12, 2023 16:15 Asia/Baku
  • «Metropol Kino-Teatrı», Fəcr film festivalının ən yaxşı filmi olub
    «Metropol Kino-Teatrı», Fəcr film festivalının ən yaxşı filmi olub

Qırx birinci beynəlxalq Fəcr film festivalının bağlanış mərasimi bir qrup kino xadimi və media mənsublarının iştirakı ilə Tehrandakı «Milad» qülləsində keçirilib.

Məhəmməd-Əli Başe-Ahəngərin çəkdiyi «Metropol Kino-Teatrı» filmi ən yaxşı kinematoqraflıq, ən yaxşı rejissorluq və ən yaxşı film üzrə üç «Simorğ» mükafatına layiq görülüb.

«Qərib» filmi festivalda yerli xüsusi effektlər, milli baxımdan ən yaxşı film, qrim, səhnəquraşdırma və birinci qadın rolu bölmələrində «Simorğ» mükafatları almağa müvəffəq olub.

Müqavimət bölməsində isə rejissor Məhəmməd-Hüseyn Lətifinin «Qərib» filmi ən yaxşı film mükafatına layiq görülüb.

«Bavarde çiçəkləri», «Cənub Yadigarı», «Ağacın qoynunda» və «Kiçik palçıq otaq» filmlərinin hər biri,// iki «Simorğ» mükafatı əldə edibdir.