"Liverpul"un qatili; Benzema Enfild Qırmızılarına qol vurmağı sevir
Fev 22, 2023 10:59 Asia/Baku
Avropa Çempionlar Liqasında “Liverpul”a ən çox qolu "Real Madrid"in fransız ulduzu vurub.
SəhərAzəri-nin məlumatına əsasən, İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İngiltərənin "Liverpul" klubuna 2 qol vurmaqla "Enfild Qırmızıları"na vurduğu qolların sayını 6-ya çatdırıb.
UEFA Çempionlar Liqasında indiyə kimi heç bir oyunçu "Liverpul"a Benzema qədər qol vurmayıb. Eyni zamanda Vinisius Junior da "Liverpul"a 5 qol vurmağı bacarıb.