İran gəncləri ağırlıqqaldırma üzrə dünya çempionu olublar
Noy 24, 2023 14:09 Asia/Baku
İran komandası gənclərin ağırlıqqaldırma üzrə dünya çempionatının zirvəsində durub
Meksikanın Qvadalaxara şəhərində keçirilən gənclərin ağırlıqqaldırma üzrə dünya çempionatı yarışlarının sonunda beş qızıl, doqquz gümüş və bir bürünc medal, həmçinin altı yüz altmış komanda xalıq toplayan İran yığması beşinci dəfə dünya çempionu adını qazanıb.
Yarışların yekun gecəsində Əlirza Yusifi üç qızıl medal əldə edib.
Bu dəstədə İranın digər nümayəndəsi- Taha Neməti-Müqəddəm üç gümüş medal qazanıb.
Kiyanuş Rüstəmi və Səid Məhəmmədpurun kənarında birincilik qazanan Əlirza Yusifi tarix yazıb.
Taha Neməti-Müqəddəm isə yeniyetmələrin dünya rekordunu təzələyibdir.