Noy 25, 2023 15:52 Asia/Baku
  • Parisdə futbol azarkeşləri Qəzzəli uşaqlar üçün ağladılar

"Pari Sen-Jermen" futbol klubunun azarkeşləri Qəzzə xalqına dəstək nümayiş etdiriblər.

"Pari Sen-Jermen" futbol klubu ötən gecə Fransa Premyer Liqası çərçivəsində "Monako" komandasını qəbul edib və 5-2 hesabı ilə qalib gəlib. 

Oyun zamanı azarkeşlər bannerlər gətirərək, işğalçı İsrail rejimin cinayətlərinə qarşı Qəzzə xalqına dəstək nümayiş etdiriblər. Bu pankartlarda belə yazılıb: "Bu il Uşaq Hüquqları Həftəsi Qəzzə uşaqları olmadan keçirilir".

Fransalı futbol azarkeşləri pankartlardan istifadə edərək, sionist rejim tərəfindən Qəzzədə uşaqların öldürülməsini pisləyib və kədərlərini belə ifadə ediblər: "Paris Qəzzəyə ağlayır".