Azərbaycanın qadın şahmatçı çempionu bəlli olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i408583-azərbaycanın_qadın_şahmatçı_çempionu_bəlli_olub
Qadın şahmatçılar arasında Azərbaycan Çempionu müəyyənləşdirilib. Ayan Allahverdiyeva karyerasında ilk dəfə qadın şahmatçılar arasında Azərbaycan çempionu olub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 19, 2024 15:22 Asia/Baku
  • Azərbaycanın qadın şahmatçı çempionu bəlli olub

Qadın şahmatçılar arasında Azərbaycan Çempionu müəyyənləşdirilib. Ayan Allahverdiyeva karyerasında ilk dəfə qadın şahmatçılar arasında Azərbaycan çempionu olub.

O, 7 turdan sonra 5,5 xal toplayaraq hamını qabaqlayıb. Çempiondan yarım xal geri qalan Nərmin Abdinova ikinci yeri tutub. Eyni xala malik Səbinə İbrahimova əlavə göstəricilərə görə üçüncü pillədə qərarlaşıb.

Çempionatda ilk iki yeri tutan şahmatçılar şəxsi Avropa çempionatında iştirak edəcəklər.